Məşhur daşnak həşərat dişləməsindən öldü

   Məşhur daşnak  həşərat dişləməsindən  öldü
  03 Oktyabr 2022    Oxunub:1105
Ermənistanın “Yerkir” qəzetinin keçmiş redaktoru, "Daşnaksütyun" liderlərindən olmuş Hrayr Maruxyanın qızı Şaqik Maruxyan qəfil dünyasını dəyişib.AzVision.az xəbər verir ki, bu barədə Ermənistan mediası məlumat yayıb.
Yaxınları jurnalistlərə məlumat veriblər ki, "Daşnaksütyun"un ali orqanının üzvü olan Şaqikin ömrünün sonu müəmmalı və anlaşılmaz olub. Erməni qadını Yunanıstanda həşərat dişləyib. Bundan bir neçə gün sonra onun bütün bədəni iflic olub. Dünən isə daşnakın vəziyyəti qəfil pisləşib və o, gecə saatlarında can verərək ölüb.

Saqatelyan ifşa olundu: Atası və özü döyüşlərdən qaçıb
Şaqik uzun illər əvvəl, atasının ölümündən sonra anası ilə Yunanıstandan Ermənistana köçübmüş. Bütün bu illəri İrəvanda keçirib. Şaqik Maruxyan "World Vision" təşkilatında işləyib, "Hrayr Maruxyan" Fondunu idarə edib. Sonda məşhur daşnakın qızının həyatına adi bir həşərat son qoyub.


Tural Tağıyev
AzVision.az



Teqlər:   Ermənistan   Daşnaksütyun  





Xəbər lenti