Forbes: Nvidia Rusiya ofisini oktyabrın sonuna qədər bağlayacaq

      Forbes:    Nvidia Rusiya ofisini oktyabrın sonuna qədər bağlayacaq
  03 Oktyabr 2022    Oxunub:361
Nvidia sentyabrın 30-da işçilərinə Rusiyadakı ofisinin bağlandığını elan edib. Bu barədə şirkətin sözçüsü Forbes-ə bildirib.
Nəşrin mənbəsi bildirib ki, Nvidia başqa ölkələrə köçməyə və yerli ofislərdə işləməyə razı olanları aktiv olaraq çarter təyyarələrində aparır.

Nvidia nümayəndəsinin sözlərinə görə, şirkət səmərəli fəaliyyəti təmin edə bilmədiyi üçün Rusiya ofisini bağlamaq qərarına gəlib.

Rusiyanı tərk etmək istəməyən işçilərlə müqavilə Nvidia-da göstərilən işdən çıxma haqqı ilə tərəflərin razılığı ilə ləğv edilir.

Qeyd edək ki, Nvidia mart ayında Rusiyada satışlarını dayandırıb.

Şahanə Rəhimli
AzVision.az

Teqlər:







Xəbər lenti