Məşhur qızıldərili aktrisa vəfat etdi

   Məşhur qızıldərili aktrisa vəfat etdi
  03 Oktyabr 2022    Oxunub:760
Qızıldərili aktrisa və aktivist Saçin Litlfizə vəfat edib. Bu barədə Deadline məlumat yayıb.

Aktrisa 75 yaşında dünyasını dəyişib. Ölümün səbəbi açıqlanmayıb.

Qeyd edək ki, “Xaç atası“ filmindəki Vito Karleone roluna görə "Oskar" mükafatına namizəd olduğunu öyrənən aktyor Marlon Brando Kino Akademiyasını 1973-cü ildə boykot edib və mükafatlandırma mərasiminə öz yerinə qızıl dərili aktrisanı göndərib.

Səhnəyə mükafatı almaq üçün çıxan Litlfizə Brandonun yerli amerikalılara qarşı pis münasibəti tənqid edən məktubunu oxuyub. 60 saniyə davam edən çıxışı mədəniyyət tarixinin ən yaddaqalan anlarından birinə çevrilib.

Qalmaqallı çıxışından aktrisa sonra Hollivudun qara siyahısına düşüb. 2022-ci ilin avqustunda Amerika Kino Akademiyası Saçindən rəsmi üzr istəyib.



Şahanə Rəhimli

AzVision.az


Teqlər:





Xəbər lenti