“Şimal axını 2”də qaz sızması yenidən başlayıb

   “Şimal axını 2”də qaz sızması yenidən başlayıb
  03 Oktyabr 2022    Oxunub:752
İsveç Sahil Mühafizəsi “Şimal axını 2” qaz kəmərində qaz sızmasının yenidən baş verməsi barədə məlumat yayıb.
Mətbuat xidməti qeyd edib ki, qaz sızması hələ bir müddət davam edə bilər, ona görə də idarə tərəfindən ətraf mühitin mühafizəsi üçün bütün lazımi tədbirlər görülür.

“Şimal axını ilə dialoqa əsaslanan proqnoza görə, sızmalar bazar günü dayandırılmalı idi, lakin bu, “Şimal axını 1”in daha böyük sızmasına aiddir.

"Bu gün “Şimal axını 2”də daha kiçik sızma dünənki ölçü ilə müqayisədə artıb və təxminən 30 metr təşkil edir”, - xidmətin bəyanatında deyilir.

Şahanə Rəhimli

AzVision.az


Teqlər:





Xəbər lenti