İran Rusiyaya PUA satışını təkzib edib

   İran Rusiyaya PUA satışını təkzib edib
  03 Oktyabr 2022    Oxunub:523
İran Xarici İşlər Nazirliyinin sözçüsü Nasser Kanaani bazar ertəsi pilotsuz təyyarələrin Ukraynadakı münaqişədə istifadə etmək üçün Rusiya tərəfinə verildiyinə dair xəbərləri təkzib edib.
İran Xarici İşlər Nazirliyinin Teleqram kanalında sözləri dərc olunan Kənani deyib: “İran Ukraynadakı müharibədə istifadə üçün Rusiyaya pilotsuz təyyarələrin çatdırılması ilə bağlı dərc edilmiş xəbərləri əsassız hesab edir və onları təsdiqləmir”.

O, İranın neytrallığa əsaslanan siyasi kursa sadiq qaldığını vurğulayıb. Onun sözlərinə görə, Tehran Rusiya ilə Ukrayna arasındakı fikir ayrılıqlarının siyasi həllinin zəruriliyinə sadiqdir.

Şahanə Rəhimli
AzVision.az


Teqlər:





Xəbər lenti