İsraildə kriminal avtoritet güllələnib

   İsraildə kriminal avtoritet güllələnib
  03 Oktyabr 2022    Oxunub:859
İsrailin Azor şəhərində iki nəfər yanacaqdoldurma məntəqəsində atəş açaraq yerli cinayətkar qruplaşmanın rəhbəri Benni Şlomonu öldürüb. Bu barədə Ynet yazır.
Kişinin 42 yaşı var idi. Portalın məlumatına görə, o, oktyabrın 3-də günorta saatlarında magistral yolda öldürülüb. Ynetin yerləşdirdiyi videoda bir avtomobilin dayandığı və iki kişinin çıxdığı görünür. Silahlarını çıxarıb yoldan keçənlərdən birinin yanına gedirlər, o da qaçmağa başlayır.

Atışmadan sonra kriminal avtoritet xəstəxanaya yerləşdirilsə də, orada dünyasını dəyişib. Şlomonu müşayiət edən daha bir nəfər yaralanıb, o, hazırda müalicə olunur.

Şahanə Rəhimli

AzVision.az


Teqlər:





Xəbər lenti