Britaniya Şimal dənizində yeni qaz yataqları axtaracaq

Britaniya Şimal dənizində yeni qaz yataqları axtaracaq
  03 Oktyabr 2022    Oxunub:583
Böyük Britaniyada ölkənin enerji təhlükəsizliyini yaxşılaşdırmaq üçün Şimal dənizində qaz yataqlarının işlənməsini sürətləndirmək qərarına gəliblər.
Bu barədə “Financial Times” xəbər verir. “Baş nazir Liz Trassın hökuməti enerji böhranı fonunda Şimal dənizində yeni qaz yataqlarının işlənməsi üçün lisenziyaların verilməsini təsdiqləməyə hazır olduğunu bəyan edib”, - nəşr qeyd edib.

Məqalədə əlavə edilib ki, Şimal dənizində hansı yataqların lisenziya alacağı ilə bağlı hələ qərar verilməyib. Ancaq bu məsələ ilə bağlı məlumat bu həftənin sonunda ortaya çıxacaq. Eyni zamanda, mövcud ehtiyatlar ölkənin tələbatının 40%-ni təmin edir. Lakin 2030-cu ildə bu rəqəm 30%-ə qədər azalacaq və azalmağa davam edəcək.

AzVision.az



Teqlər:





Xəbər lenti