"Ukraynanı fəal şəkildə dəstəkləyirəm, lakin..." - İlon Mask

   "Ukraynanı fəal şəkildə dəstəkləyirəm, lakin..." -    İlon Mask
  04 Oktyabr 2022    Oxunub:813
Amerikalı iş adamı İlon Mask hələ də Ukraynanı dəstəklədiyini, lakin münaqişənin gərginləşməsinin ölkəyə böyük ziyan vuracağına inandığını bildirib. O, bu barədə öz Twitter səhifəsində məlumat verib.
“Mən Ukraynanı fəal şəkildə dəstəkləməyə davam edirəm, lakin əminəm ki, müharibənin genişmiqyaslı eskalasiyası Ukraynaya və ola bilsin ki, bütün dünyaya ciddi ziyan vuracaq”.

Bundan əvvəl Vladimir Zelenskinin ofis rəhbərinin müşaviri Mixail Podolyak öz Twitter səhifəsində Maskın Kiyev və Moskvanı barışığa çağıran bəyanatını tənqid edib. Podolyak sülhə nail olmaq üçün təkliflərini təqdim etdiyi sorğunu dərc edib.

Ukrayna prezidenti Volodimir Zelenski də öz Tvitter hesabında Maskın Rusiya ilə Ukrayna arasında sülhə dair təkliflərinə cavab verib.

Bundan əvvəl Mask Rusiya və Ukrayna arasında sülh üçün mümkün şərtləri açıqlamışdı. Onun fikrincə, BMT-nin nəzarəti altında Rusiyanın tərkibinə daxil edilmiş Ukrayna ərazilərində təkrar seçkilər keçirmək lazımdır.

Şahanə Rəhimli
AzVision.az


Teqlər:





Xəbər lenti