Ermənistanda mina partlayıb - 1 nəfər xəsarət alıb

      Ermənistanda mina partlayıb    - 1 nəfər xəsarət alıb
  04 Oktyabr 2022    Oxunub:315
Ermənistanın Qeqarkunik vilayətində (Göyçə mahalının ətrafı-red.) mina partlayışı baş verib. Ermənistanın kriminal saytı olan "Shamshyan"ın yaydığı məlumata görə, saat 20:00 radələrində Çəmbərək Sağlamlıq Mərkəzindən Çəmbərək Rayon Polis Şöbəsinə yaralı xəstə qəbul etmələri barədə məlumat ötürülüb.
Qeyd edilib ki, vətəndaş xəstəxanaya sağ ayağının partlayış nəticəsində yaranmış yarası ilə daxil olub.

"Rəis müavininin başçılığı ilə Çəmbərək Rayon Daxili İşlər Şöbəsinin əməliyyat qrupu xəstəxanaya yola düşüb. Polis müəyyən edib ki, Çəmbərək şəhər sakini 31 yaşlı Suren L. həmin gün saat 18:00 radələrində ehtiyatsızlıqdan minaya düşüb", - nəşr yazıb.

Tural Tağıyev
AzVision.az

Teqlər: Mina   Ermənistan  







Xəbər lenti