Rusiyada axtarılan şəxslər Bakıda tutuldu

Rusiyada axtarılan şəxslər Bakıda tutuldu
  06 May 2014    Oxunub:1229
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, Rusiya Federasiyası Cinayət Məcəlləsinin 30-cu (cinayət hazırlama və cinayətə cəhd), 105-ci (adam öldürmə) və 222-ci (qanunsuz silah əldə etmə, satma, saxlama, daşıma) maddələri ilə axtarışda olan Rusiya vətəndaşı Ruslan Şamsudinov Nəqliyyatda Baş Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində tutulub.
Baş Cinayət-Axtarış İdarəsinin əməkdaşları isə Rusiya Federasiyası Cinayət Məcəlləsinin 161-ci maddəsi (soyğunçuluq) ilə axtarışda olan Ramil Fərzəliyevi yaxalayıblar.


Teqlər:





Xəbər lenti