Kiyevdə insanlara soyuducuda işgəncə veriblər - 2 nəfərin cəsədi tapılıb

 Kiyevdə insanlara soyuducuda işgəncə veriblər -    2 nəfərin cəsədi tapılıb
  04 Oktyabr 2022    Oxunub:859
Rus hərbçiləri Kiyev vilayətinin Qostomel şəhərində 50 nəfəri soyuducuya salaraq işgəncə veriblər. İşgəncələrə məruz qalan iki nəfərin cəsədi tapılıb.
AzVision.az xəbər verir ki, bu barədə Kiyev vilayətinin polisi Facebookda məlumat yayıb.

“Onlar həmin şəxslərin qabırğalarını sındırıb, oynaqlarını əzib həftələrlə Qostomel hava limanında sorğu-sual ediblər və sonra Rusiyaya aparıblar”, - məlumatda yazılıb.

Bu işgəncədən keçən Vorzel sakini Boris adlı şəxs polisə rusların sənaye soyuducularında təşkil etdiyi ölüm zorakılığının dəhşətli təfərrüatlarını danışıb.

O qeyd edib ki, onunla birlikdə kamerada 24, digər kamerada isə 28 nəfər olub.

Şahidin sözlərinə görə, rus hərbçiləri onun qabırğalarını sındırıblar, 10 qabırğası isə düzgün oturmayıb. Onu “ölüm çuxuruna” atıblar ki, o burada donmamaq üçün meyitin altında gizlənməli olub. Borisi bir neçə dəfə güllələməyə aparıblarmış.


Tural Tağıyev
AzVision.az



Teqlər: Ukrayna  





Xəbər lenti