Çində göldən çıxan "UNO"-lar - Mirvari hadisəsi

   Çində göldən çıxan "UNO"-lar -    Mirvari hadisəsi
  04 Oktyabr 2022    Oxunub:740
Qədim Çin alimi Şen Konun eramızdan əvvəl XI əsrdə apardığı qeydlərdə uçan naməlum obyektlər təsvir olunub. Bu hadisə xalq tərəfindən “mirvari hadisəsi” adlandırılıb.
Alimin qeydlərinə görə, naməlum cism Tszyansu əyalətində Çin imperatoru Tszyaonun (1056-1064) hakimiyyəti dövründə peydə olub. Yerli sakinlər gece saatlarında obyektin Xinkay gölünün səthindən işıq saçaraq çıxdığını müşahidə ediblər.

“Tszyansu əyalətindəki Yançjou səmasında uçan qəribə cism görünüb. Gecə saatlarında Sinkay gölündən çıxıb, bir müddətdən sonra yenidən onun sularına qərq olurdu. Onun hətta qapısı belə vardı. Qapı açıldığı zaman içəridən parlaq işıq axırdı”, - deyə qorunub saxlanılan yazılı sübutlarda qeyd edilir.

Astronom Şen Ko yazıb ki, göldən çıxan “mirvari” ətrafa o qədər güclü işıq yayırdı ki, insanlar ona baxdığı zaman gözləri qamaşırdı.

Əsrarəngiz obyekti müşahidə edən insanlar Sinkay gölünün sahilində pavilyon tikmək qərarına gəliblər. Tikiliyə “Mirvari pavilyonu” adını veriblər.

Əfsuslar olsun ki, təxminən min il əvvəl Çində görünən naməlum obyektin sonrakı taleyini izləmək mümkün deyil.

Şəms Şahinli
AzVision.az


Teqlər:





Xəbər lenti