Dudadan NATO-ya çağırış: Silah istehsalını artırın

      Dudadan NATO-ya çağırış:    Silah istehsalını artırın
  04 Oktyabr 2022    Oxunub:801
Polşa prezidenti Anjey Duda NATO ölkələrini Ukraynaya silah göndərmək üçün silah istehsalını artımağa çağırıb.
“Bu gün Ukraynanın ilk növbədə silaha ehtiyacı var. Ukraynaya silah göndərilməsinin təmin edilməsi Atlantik okeanının hər iki tərəfində müdafiə sənayesinin istehsal imkanlarının artırılmasını tələb edir”,-Polşa Milli Təhlükəsizlik Bürosunun rəhbəri Pavel Soloxun oxuduğu Dudanın Varşava Təhlükəsizlik Forumunun iştirakçılarına müraciətində deyilir.

Dudanın sözlərinə görə, silahlar gec istehsal olunur və Ukraynanı dəstəkləmək və onun potensialını gücləndirmək üçün kifayət deyil.

Ukraynaya silah göndərdiyi üçün Rusiya bundan əvvəl NATO ölkələrinə nota göndərmişdi.

Şahanə Rəhimli
AzVision.az


Teqlər:





Xəbər lenti