Hikmət Hacıyevdən Edillidəki kütləvi məzarlıqla bağlı paylaşım

   Hikmət Hacıyevdən Edillidəki kütləvi məzarlıqla bağlı paylaşım
  05 Oktyabr 2022    Oxunub:577
Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Xocavənd rayonunun Edilli kəndində aşkarlanan kütləvi məzarlıqla bağlı paylaşım edib.
AzVision.az xəbər verir ki, Hikmət Hacıyev tviterdə qeyd edib:

“Edilli kəndində birinci müharibə zamanı Ermənistan tərəfindən işgəncələrə məruz qalmış/öldürülmüş Azərbaycan hərbçilərinin kütləvi məzarlığı müəyyən edilib. Edilli Ermənistan tərəfindən azərbaycanlı girovlar üçün həbs düşərgəsi kimi istifadə edilib. 4 000 azərbaycanlı hərbçi/mülki itkin düşüb. Ermənistan kütləvi məzarlıq yerlərini verməkdən imtina edir”.

AzVision.az



Teqlər:





Xəbər lenti