Yaponiyanın Kiyevdəki səfirliyi açıldı

Yaponiyanın Kiyevdəki səfirliyi açıldı
  05 Oktyabr 2022    Oxunub:690
Yaponiya yeddi aylıq fasilədən sonra Kiyevdəki səfirliyinin fəaliyyətini bərpa etməyə qərar verib.
Bu barədə Kyodo agentliyi hökumətdəki mənbələrə istinadla məlumat yayıb. Bildirilir ki, Yaponiya tərəfi səfirlikdə çalışacaq diplomatların və digər əməkdaşların təhlükəsizliyinin lazımi səviyyədə qorunacağına əmindir. Diplomatik missiyanın oktyabrın 5-dən etibarən yenidən fəaliyyətə başlayacağı bildirilir.

Xatırladaq ki, Yaponiya hökuməti Ukraynada hərbi əməliyyatlarla bağlı martın 2-də Kiyevdəki diplomatik nümayəndəliyin müvəqqəti bağlandığını elan edib. Səfirlik əvvəlcə Lvov şəhərinə, daha sonra Polşaya köçürülüb.

AzVision.az



Teqlər:





Xəbər lenti