Putin Ukraynanın 4 vilayətinin Rusiyaya birləşdirilməsini təsdiqlədi

   Putin Ukraynanın 4 vilayətinin Rusiyaya birləşdirilməsini təsdiqlədi
  05 Oktyabr 2022    Oxunub:641
Rusiya Prezidenti Vladimir Putin Ukraynanın işğal altındakı Donetsk, Luqansk, Zaporojye, Xerson vilayətlərinin Rusiyaya birləşdirilməsi ilə bağlı sazişləri ratifikasiya edib.
Bu barədə Kreml məlumat yayıb. Qeyd edək ki, sentyabrın 23-27-də Ukraynanın Rusiya işğalı altında olan Donetsk, Luqansk, Xerson və Zaporojye vilayətlərində “referendum” keçirilib. Vətəndaşlar Rusiyanın tərkibinə daxil olmağa razı olub-olmadıqları barədə suala cavab veriblər. Elan olunan nəticələrə görə “referendum”da iştirak edənlərin böyük əksəriyyəti həmin vilayətlərin Rusiyaya birləşdirilməsini dəstəkləyib.

AzVision.az



Teqlər:





Xəbər lenti