İranda zəlzələdə yaralananların sayı 400-ə çatdı

   İranda zəlzələdə yaralananların sayı 400-ə çatdı
  05 Oktyabr 2022    Oxunub:788
İranın şimal-qərbində gecə saatlarında baş verən zəlzələ nəticəsində azı 390 nəfər xəsarət alıb. Bu barədə “Fars” agentliyi Xoy vilayətinin hökumət orqanlarına istinadən xəbər verir.
"Yaralıların ümumi sayı 390 nəfərdir, onlardan 135-i xəstəxanaya yerləşdirilib”, - bölgənin fövqəladə hallar idarəsinin açıqlamasında bildirilir. Bildirilir ki, 25 evə ziyan dəyib.

Zəlzələdən sonra 30-a yaxın afterşok qeydə alınıb.

Qeyd edək ki, oktyabrın 5-də saat 04:21-də İranın şimal-qərbində 5,6 bal gücündə zəlzələ baş verib. Yeraltı təkanın episentri Şərqi Azərbaycan əyalətinin Mərənd şəhərindən 9 km cənub-şərqdə 10 km dərinlikdə yerləşib. Episentr zonasında zəlzələnin maqnitudası 7-8 bala çatıb.

Şahanə Rəhimli
AzVision.az


Teqlər:





Xəbər lenti