Aİ ölkələri Rusiyaya qarşı yeni sanksiyalarla bağlı razılığa gəldilər

   Aİ ölkələri Rusiyaya qarşı yeni sanksiyalarla bağlı razılığa gəldilər
  05 Oktyabr 2022    Oxunub:675
Avropa İttifaqı (Aİ) ölkələri Rusiyaya qarşı yeni sanksiyalar paketi ilə bağlı razılığa gəliblər. Bu barədə çərşənbə günü Brüsseldəki mənbələrə istinadən ČTK xəbər agentliyi məlumat yayıb.
"Aİ ölkələri Rusiyaya qarşı daha bir sanksiya paketi haqqında razılığa gəliblər. Bura Rusiya neftinin qiymətinin yuxarı həddinin tətbiqi daxildir. Sanksiya siyahısına onlarla rusiyalı daxildir", - məlumatda deyilir.

Səkkizinci anti-Rusiya sanksiyalar paketinin Aİ ölkələrinin dövlət və hökumət başçılarının qeyri-rəsmi sammitində müzakirəyə çıxarılacağı gözlənilir. Sammit oktyabrın 6 və 7-də Praqada keçiriləcək.

Aİ-nin Rusiyaya qarşı yeni sanksiyaları hüquqi xidmətlər, İT xidmətləri, mühəndislik xidmətlərinin göstərilməsinə qadağa qoyulmasını nəzərdə tutur.

Avropa İttifaqının yeni sanksiyaları Rusiyadan polad məhsulları, kağız, kimya məhsulları, plastik, siqaret idxalını qadağan edir.

Şahanə Rəhimli
AzVision.az


Teqlər:





Xəbər lenti