Urmiyada çörək qıtlığı yaşanır

   Urmiyada çörək qıtlığı yaşanır
  05 Oktyabr 2022    Oxunub:296
İranın Qərbi Azərbaycan əyalətinin Urmiya şəhərində çörək qıtlığı yaşanır.
Məlumatı GünAzTV yayıb. Bildirilib ki, Urmiya şəhərində yaşanan çörək qıtlığı ilə bağlı dükanların qarşısında uzun növbələr var. Alıcılara çörək məhdud sayda satılır, bunun un çatışmazlığı ilə əlaqəli olduğu deyilir.

Məlumata görə, yerli sosial media fəalları və istifadəçilər bir neçə gündür yaranan çörək qıtlığını hökumətin bilərəkdən etdiyini yazıblar: “Etiraz aksiyalarının davam etdiyi bir vaxtda hökumət vətəndaşları gündəlik məişət problemləri ilə məşğul etməyə, bununla da onları etirazlardan yayındırmağa çalışır.

İranda hicabla bağlı qayadaları pozduğu üçün 22 yaşlı Məhsa Əminin qətlinə etirazlar başqa hadisələrin də cəmiyyətə çatdırlmasına səbəb olub. İran parlamentinin Firuzə və Nişapur şəhərlərindən olan deputatı Hacər Çinarani İslam Respublikasının yüksək rütbəli 5400 dövlət məmurunun övladlarının Avropa ölkələri, ABŞ və Kanadada yaşadıqları barədə açıqlama verib: “Əgər ABŞ və Kanada da düşmən, təcavüzkar ölkələrdirsə, məmurlar övladlarını niyə oralara göndərirlər?”

Qeyd edək ki, bir müddət əvvəl İran Prezidenti İbrahim Rəisi övladları Qərb ölkələrinin vətəndaşı olan istənilən dövlət məmurunun da İrandan getməli olduğunu bildirmişdi. Deputat hökumət başçısının bu açıqlamasına işarə edərək bu göstərişin yerinə yetirilməsini gözlədiklərini vurğulayıb.

Etiraz aksiylarında Azərbaycan Respublikasına qarşı olan qüvvələr də açıqlamalar yayıb, ölkədəki vəziyyətin perspektivindən narahatlıqlarını gizlətməyiblər. İrana sığınan, axtarışda olan Azərbaycanın həmin vətəndaşları etirazçıların cəzalandırılmasının vacibliyini vurğulayaraq qorxuya düşdüklərini bildiriblər. İranın Qum şəhərində yerləşən siyasi-dini-ideoloji mərkəzlər tərəfindən dəstəklənən, barələrində axtarış elan olunan həmin şəxslər “Hüseyniyyun” (“İslami Müqavimət Hərəkatı”) adlı "təşkilat"da fəaliyyət göstərirlər. Narahatlıqlarını gizlətməyə və tərəfdarlarını sakitləşdirməyə çalışan qurum müxtəlif bəyanatlar yayaraq İran hökumətinin yıxılmayacağı, etirazların nəticə verməyəcəyi barədə fikirlər irəli sürüblər.

“Hüseyniyyun”çular milyonlarla narazını “təxribatçı, separatçı və xarici ölkələrin əlaltısı” adlandırırlar. Onlar İran hakimiyyətinə müraciət edərək aksiya iştirakçılarına qarşı daha sərt tədbirlərin görülməsini istəyiblər. Qrup üzvlərinin etiraz aksiyalarında iştirak edən qadın etirazçıları “əxlaqsız” adlandırmaları iranlıların nifrətinə səbəb olub.

Ölkənin sosial media istifadəçiləri bildiriblər ki, bu qrup Azərbaycan Respublikası kimi, İran xalqına da xəyanət edirlər.

AzVision.az

Teqlər:







Xəbər lenti