![]() |
"Paşinyan KTMT-dən çıxmağa çalışır" - Erməni qəzeti |
Maraqlıdır ki, müəllif Alen Simonyanın simasında hakimiyyətə varis hazırlamağa çalışıldığını da iddia edib. Dünən isə Simonyandan səfərlə bağlı fikirlərini soruşublar. O, səfərin çoxdan planlaşdırıldığını, bunun son reallıqlarla heç bir əlaqəsinin olmadığını, bundan sonra Paşinyana sadiq qaldığını deyib.
“Ermənistan Respublikasının baş naziri vəzifəsinə bir arzulanan namizəd var və ona da səs verilib. Bu gün o, Ermənistan Respublikasının baş naziri vəzifəsini tutur və mən özümü siyasi arenada hazırkı liderimsiz təsəvvür edə bilmirəm", - Simonyan deyib.
Qeyd edək ki, son iki ayda Ermənistan anti-Rusiya ab-havası artıb. Ölkədə Vladimir Putinin, Ukraynada aparılan müharibənin əleyhinə aksiyalar keçirilir, hətta yerli mediada Surmaluda baş vermiş partlayışda "rus izləri" axtaran təthlil yazılar dərc edilir. Bu da azmış kimi İrəvanın son sərhəd təxribatlarından sonra Ermənistanın KTMT-dən çıxması məsələsi tez-tez gündəmə daşınır. Moskva ilə İrəvan arasında soyuqluğu gücləndirən mühüm hadisələrdən biri isə Nensi Pelosinin gözlənilmədən İrəvana səfər edib burada arzuolunmaz bəyanatlar səsləndirməsi oldu
Tural Tağıyev
AzVision.az