Müharibənin gedişatı dəyişib - Kiyev Luqanskı azad edir

  Müharibənin gedişatı dəyişib -   Kiyev Luqanskı azad edir
  05 Oktyabr 2022    Oxunub:879
Luqansk vilayətinin işğaldan azad edilməsi prosesinə başlanılıb. Artıq bir neçə yaşayış məntəqəsi işğalçılardan təmizlənib. AzVision.az xəbər verir ki, bu barədə Ukraynanın Luqansk vilayətinin hərbi administrasiyasının rəhbəri Sergey Qayday xalqa videomüraciətində deyib.
Lakin o, geri qaytarılan yaşayış məntəqələrinin adını çəkməyib.

Qaydayın sözlərinə görə, ruslar artıq başa düşürlər ki, “onları darmadağın edirlər” və buna görə də imkan daxilində bütün yolları və binaları minalamağa çalışırlar.

Rusiya Sibir və Suriyadakı hərbi kontingenti Ukraynaya cəlb edir
"Qatarın qabağına qaçmayın, əşyalarınızı yığıb geri qayıtmağa çalışmayın. Biz sizə nə vaxt qayıda biləcəyinizi və dəqiq hara gedəcəyinizi söyləyəcəyik", - Luqansk rəhbəri deyib.

O, ərazilərin minalardan təmizlənməsinin zəruriliyini də qeyd edib. Çünki ruslar xüsusən Kremennayada insanları daha çox şikəst etmək və əhaliyə sağlamlıq baxımdan kütləvi zərər vurmaq üçün nəzərdə tutulmuş təhlükəli "ləçəkli minalar" səpələyiblər.

"Aylarla davam edən müharibədən sonra ilk dəfə qəsəbəyə baş çəkdik. Yerlə-yeksan olub. Amma heç vaxt işğalçılara tabe olmayıb. 15 yerli sakin nəhayət, sərbəst şəkildə küçələrə çıxaraq ukraynalıları görməkdən xoşbəxt olduqlarını göstərdilər", - Qayday fikirlərinə əlavə edib.
Tural Tağıyev
AzVision.az



Teqlər:   Ukrayna   Rusiya   Luqansk  





Xəbər lenti