Afeyan gileyləndi: "Diaspor Ermənistana kömək edə bilmir"

      Afeyan gileyləndi:    "Diaspor Ermənistana kömək edə bilmir"
  05 Oktyabr 2022    Oxunub:597
Erməni diasporu bu gün öz potensialının yalnız mində birini vətənə kömək etmək üçün istifadə edir.
AzVision.az xəbər verir ki, bunu İrəvanda jurnalistlərə biotexnoloq, “Avrora” humanitar təşəbbüsünün həmtəsisçisi, erməni əsilli amerikalı biznesmen Nubar Afeyan deyib.

Afeyan diasporda Ermənistanla bağlı informasiya vakuumunun yaranmasından gileylənib.

"Kaliforniya və digər ştatlardakı ermənilər nə edəcəklərini, Ermənistana necə kömək edəcəklərini bilmirlər. Biz özümüzü uzaqda, yad kimi hiss edirik. Bu, çox ağrılı hissdir. Hesab edirəm ki, Ermənistanla diaspor arasında əlaqələri gücləndirmək üçün vasitə, güc və resurslar tapmaq lazımdır", - o qeyd edib.

İş adamı təəssüflə qeyd edib ki, koordinasiyanın gücləndirilməsi vəzifələri heç Ermənistanın və ya diasporun prioritetləri arasında 10-cu yerdə deyil. İcmalar da ümumi məqsədlər ətrafında kifayət qədər birləşməyiblər.

Digər tərəfdən, Ermənistan hakimiyyətinin özü belə diasporun müəyyən işlər görə biləcəyinə dair dəqiq fəaliyyət proqramı vermir.

Tural Tağıyev
AzVision.az



Teqlər: Diaspor   Ermənistan  





Xəbər lenti