ABŞ Yapon dənizinə atom gəmisini göndərir

   ABŞ Yapon dənizinə atom gəmisini göndərir
  05 Oktyabr 2022    Oxunub:308
ABŞ Yapon dənizinə təyyarədaşıyan atom gəmisini göndərmək qərarına gəlib.
Pentaqon “Ronald Reyqan” gəmisini yenidən Yaponiya dənizində yerləşdirəcək. Bu, Vaşinqtonun Şimali Koreyadan raket buraxılışlarına cavabı olacaq.

Bildirilir ki, bu addım Pxenyana ABŞ və Cənubi Koreyanın birliyini nümayiş etdirəcək. ABŞ və Cənubi Koreya bununla Koreya Xalq Demokratik Respublikasının “təxribat”larına cavab verməyə hazır olduqlarını göstərəcək. Gəminin təyyarədaşıyan qrupu onlarla təyyarə və helikopterdən ibarətdir.

AzVision.az

Teqlər:







Xəbər lenti