Paşinyan: “Sülh gündəliyinə görə məsuliyyəti öz üzərimə götürürəm”

      Paşinyan:    “Sülh gündəliyinə görə məsuliyyəti öz üzərimə götürürəm”
  05 Oktyabr 2022    Oxunub:775
Ermənistanın baş naziri Nikol Paşinyan sülh gündəliyinin həyata keçirilməsinə görə məsuliyyət daşıdığını açıqlayıb.
“Mən təsdiq edirəm ki, biz sülh gündəliyinə sadiqik və bu düstura uyğun olaraq sülh gündəliyinin həyata keçirilməsi üçün məsuliyyəti öz üzərimə götürürəm. Bu gündəliyin həyata keçirilməsi üçün parlament çoxluğunun və xalqın dəstəyini gözləyirəm”, - baş nazir Nikol Paşinyan çərşənbə günü parlament saatında deyib.

Paşinyan bildirib ki, bildiyi yol ilə hərəkət etməyə hazırdır. Bundan əvvəl Paşinyan Ermənistanın İctimai Televiziyasına müsahibəsində Azərbaycanla tezliklə sülh müqaviləsinin imzalanmasının tərəfdarı olduğunu bildirib. Onun fikrincə, yalnız bu halda regionda sülhün bərqərar olması mümkün olacaq.

Qeyd edək ki, oktyabrın 3-də Ermənistan və Azərbaycanın xarici işlər nazirləri Ararat Mirzoyan və Ceyhun Bayramov Cenevrədə sülh müqaviləsini və Qarabağ ermənilərinin hüquqlarının təmin edilməsini müzakirə ediblər.

Şahanə Rəhimli
AzVision.az


Teqlər:





Xəbər lenti