"Ermənistan üçün qəbuledilməz heç nə yoxdur" - Mirzoyan

   "Ermənistan üçün qəbuledilməz heç nə yoxdur" -    Mirzoyan
  05 Oktyabr 2022    Oxunub:672
"İrəvan Bakının sülh müqaviləsi ilə bağlı yeni təkliflərini nəzərdən keçirir". AzVision.az xəbər verir ki, bunu Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan parlamentdə deputatların suallarını cavablandırarkən deyib.
Deputat Lilit Kirakosyan Mirzoyana sualında qeyd edib ki, Cenevrədə Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla görüşdən sonra Azərbaycan tərəfi bəyanat yayıb ki, Ermənistan tərəfinə əvvəlcədən səsləndirilmiş beş prinsip əsasında Ermənistan və Azərbaycan arasında sülh müqaviləsinin elementləri verilib.

Mirzoyan belə bir sənədin həqiqətən də Ermənistan tərəfinə verildiyini təsdiqləyib. O bildirib ki, martda Azərbaycanın təqdim etdiyi beş məlum prinsip dərc olunub və bundan həm Ermənistan, həm də dünya ictimaiyyəti məlumatlıdır. Nazir bəyan edib ki, bu prinsiplərdə erməni tərəfi üçün qəbuledilməz heç nə yoxdur.

"Azərbaycanın bu dəfə təqdim etdiyi təkliflər, əslində, bu prinsiplər üzərində qurulub. Şübhəsiz, bizim hələ təhlil etdiyimiz və sonra cavab verəcəyimiz məqamlar var. Bizim üçün məqbul və ya qeyri-məqbul olacaq məqamlar inkar edilmir və tərəfimizdən təkliflər olacaq. Normal danışıqlar prosesi davam etdiriləcək", Mirzoyan bildiirb.

Qeyd edək ki, bu ilin yazında vasitəçilər Azərbaycanın Ermənistana iki ölkə arasında münasibətlərin qurulması üçün beş əsas prinsiplə bağlı təklifini təqdim ediblər. Bunlara, xüsusən, suverenliyin, ərazi bütövlüyünün dövlətlər tərəfindən qarşılıqlı tanınması;

dövlətlər tərəfindən bir-birinə qarşı ərazi iddialarının olmamasının və gələcəkdə belə iddialarla çıxış etməmək öhdəliyinin qarşılıqlı təsdiqi;

beynəlxalq münasibətlərdə bir-birinin təhlükəsizliyini təhdid etməkdən çəkinmək;

dövlət sərhədinin delimitasiyası və demarkasiyası və diplomatik münasibətlərin qurulması; nəqliyyat əlaqələrinin açılması və digər müvafiq kommunikasiyaların yaradılması.

Şahanə Rəhimli
AzVision.az


Teqlər:





Xəbər lenti