Litva Ukraynaya 2,9 milyon avro göndərir

Litva Ukraynaya 2,9 milyon avro göndərir
  05 Oktyabr 2022    Oxunub:543
Litva Ukraynaya kömək üçün 2,9 milyon avro göndərmək qərarına gəlib.
AzVision.az TASS-a istinadən xəbər verir ki, bu barədə ölkə hökuməti müvafiq qərar qəbul edib.

“Əfqanıstana vaxtilə göndərilən və istifadə olunmamış vəsaitlər Müdafiə Nazirliyinə köçürülür, Ukraynaya hərbi geyimləri alınması üçün göndərilir”, - qərarda deyilir.

2022-ci ilin fevralında Ukrayna Litvadan "Stinger" hava hücumundan müdafiə sistemlərini alıb. Apreldə Müdafiə Nazirliyi dəyəri on milyonlarla avro olan ağır minaatanların bir partiyasını Ukraynaya təhvil verdiyini açıqlayıb. İyulda Vilnüs 50 ədəd M-113 və M-577 zirehli transportyorlarının Kiyevə göndərildiyini elan edib.

AzVision.az



Teqlər:





Xəbər lenti