Sahibə Qafarova İndoneziya Nümayəndələr Palatasının spikeri ilə görüşüb

Sahibə Qafarova İndoneziya Nümayəndələr Palatasının spikeri ilə görüşüb
  05 Oktyabr 2022    Oxunub:580
Milli Məclisin sədri Sahibə Qafarova “Böyük İyirmilik” ölkələrinin Parlament Sədrlərinin 8-ci Sammitində iştirak çərçivəsində İndoneziya Respublikasının Nümayəndələr Palatasının sədri xanım Puan Maharani ilə görüşüb.
AzVision.az xəbər verir ki, bu barədə Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Görüşdən məmnunluğunu ifadə edən Milli Məclisin sədri Sahibə Qafarova onu G20 Parlament Spikerlərinin 8-ci Sammitinə dəvət etdiyinə görə Puan Maharaniyə təşəkkür edib.

O, bu platformada həm Azərbaycan Respublikası parlamentinin spikeri, həm də Qoşulmama Hərəkatı Parlament Şəbəkəsinin sədri kimi iştirak etdiyini vurğulayaraq, tədbirin müasir dünyada hər kəsi narahat edən çox aktual mövzulara həsr olunduğunu bildirib.

Parlamentin sədri bu il Azərbaycanla İndoneziya arasında diplomatik münasibətlərin qurulmasının 30 illiyinin qeyd olunduğunu söyləyib. Sahibə Qafarova müxtəlif səviyyələrdə qarşılıqlı səfərlərin iki dövlət arasında münasibətlərin inkişafına təkan verəcəyini deyib.

AzVision.az



Teqlər:





Xəbər lenti