Qvatemalada ağır yol qəzası: 17 ölü

Qvatemalada ağır yol qəzası:    17 ölü
  06 Oktyabr 2022    Oxunub:534
Qvatemalada yük maşınının 250 metr hündürlükdən dərəyə düşməsi nəticəsində ikisi azyaşlı olmaqla azı 17 nəfər ölüb, daha 13 nəfər yaralanıb.
AzVision.az xəbər verir ki, bu barədə “La Hora” qəzeti məlumat yayıb. Qeyd edilir ki, hadisə Hondurasla sərhədə yaxın Çikimula ştatının cənub-şərq departamentində baş verib. İlkin məlumata görə, avtomobildə əyləc nasaz olub və bundan sonra nəqliyyat vasitəsi yoldan çıxıb.

AzVision.az



Teqlər:





Xəbər lenti