“Nikol xalqı qatara yığıb uçuruma aparır" - Erməni deputat

 “Nikol xalqı qatara yığıb uçuruma aparır" -  Erməni deputat
  06 Oktyabr 2022    Oxunub:913
Ermənistan parlamentinin “Şərəfim var” fraksiyasının deputatı Qarabağda separatçıların "rəhbəri"nin müçaviri işləmiş Tiqran Abramyan baş nazir Nikol Paşinyanı tənqid edib. AzVision.az xəbər verir ki, o, yerli mediaya verdiyi açıqlamada ölkə rəhbərinin cəmiyyəti yanlış yönə istiqamətləndirdiyini iddia edib.
- Nikolun məqsədi insanları ermənilərin artıq qalib gəlmək, vuruşmaq, döyüşdə udan tərəf olmaq şansı olmadığını inandırmaqdır. O çalışır ki, ictimaiyyət artıq baş vermiş insan və ərazi itkilərinə boyun əysin. Digər tərəfdən isə cəmiyyəti yaxın gələcəkdə gözlənilən yeni ağrılı qərarlarla barışmağa inandırmağa çalışır. Fərqi yoxdur ki, məğlubiyyətlə kim üzləşir və kimlər itki verir. Problem ondadır ki, biz vətənimizi itiririk. Məlum hücumlardan və hakimiyyətin silahlı qüvvələrə tam biganəliyindən sonra hərbi qulluqçularımızın, çağırışçıların, zabitlərin, könüllülərin düşməndən bir neçə metr aralıda çətin ərazilərdə hansı şəraitdə xidmətdə olduqlarını çoxları təsəvvür belə etmir. Bütün problemlərimizin kökündə bir amil dayanır ki, bu da Nikoldur.

Nikol artıq öz komandasında, hökumətində də problem sayılır. Çünki o, böyüklü-kiçilik hamını sonda qəzaya aparan qatara mindirib, özü ilə birlikdə uçuruma yuvarlayır, - deputat gileylənib.

Tural Tağıyev
AzVision.az



Teqlər: Ermənistan  





Xəbər lenti