Əli Əsədov rusiyalı həmkarı ilə görüşüb

Əli Əsədov rusiyalı həmkarı ilə görüşüb
  06 Oktyabr 2022    Oxunub:554
Azərbaycanın Baş naziri Əli Əsədov Rusiyaya işgüzar səfəri çərçivəsində Moskvada həmin ölkənin hökumət sədri Mixail Mişustinlə görüşüb.
Bu barədə AzVision.az -a Nazirlər Kabinetindən məlumat verilib. Görüşdə Azərbaycan-Rusiya dostluq münasibətlərinin müxtəlif sahələrdə uğurlu inkişafından məmnunluq ifadə edilib.

Moskvada keçirilən 2-ci Xəzər İqtisadi Forumunun əhəmiyyəti vurğulanıb.

Həmçinin, ikitərəfli gündəliyin bir sıra praktiki məsələləri, o cümlədən iqtisadi-ticari, nəqliyyat, energetika və humanitar sahələrə aid məsələlər nəzərdən keçirilib.

AzVision.az




Teqlər:





Xəbər lenti