"Rusiyanın nüvə siyasəti sırf müdafiə xarakterlidir" - Lavrov

"Rusiyanın nüvə siyasəti sırf müdafiə xarakterlidir" -  Lavrov
  07 Oktyabr 2022    Oxunub:1117
Rusiyanın nüvə siyasəti sırf müdafiə xarakterlidir. Moskva nüvə silahına malik beş dövlətin liderlərinin nüvə müharibəsinin yolverilməzliyini təsdiq edən bəyanatına sadiq qalır
AzVision.az xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov “Arqumentı i faktı” qəzetinə müsahibəsində bildirib.

Onun sözlərinə görə, Rusiya Qərbin nüvə silahının mümkün istifadəsi ilə bağlı təhdidlərini qəbul etmir və onlarla bunu müzakirə etmək faydasızdır:

"Rusiya üçün müəyyən nəticələrlə bağlı səs-küylü bəyanatlara gəlincə, bu cür təhdid dili, təbii ki, qəbuledilməzdir. Biz bunları tamamilə Qərbin müvafiq siyasətçilərinin vicdanına buraxırıq. Biz onlarla bu mövzunu müzakirə etmək niyyətində deyilik, açıq-aydın faydasızdır. ", - Lavrov vurğulayıb.

Aytən Zəhra
AzVision.az



Teqlər:



Xəbər lenti