Ukraynanın NATO-ya qəbul edilməməsinin səbəbləri açıqlandı

   Ukraynanın NATO-ya qəbul edilməməsinin səbəbləri açıqlandı
  07 Oktyabr 2022    Oxunub:851
Euronews kanalı Ukraynanın yaxın gələcəkdə NATO-ya üzv ola bilməməsinin beş səbəbini sadalayıb.
Material müəlliflərinin fikrincə, Ukraynadan imtinanın əsas səbəbi qitədə alyansın digər üzvlərinin də cəlb oluna biləcəyi genişmiqyaslı müharibə riskidir. Bundan əlavə, Kiyev alyansa tamhüquqlu üzv olmağa hələ hazır deyil, çünki ölkə müəyyən iqtisadi, siyasi və hərbi standartlara cavab verməlidir. Bu baxımdan Kiyev yalnız yolun başlanğıcındadır.

Ukraynadan imtinanın digər səbəbi Macarıstan kimi alyansın ayrı-ayrı üzvlərinin mövqeyi ola bilər - ölkənin Ukrayna ərazisindəki macardilli azlığın statusu ilə bağlı hələ də Ukrayna ilə fikir ayrılıqları var və bu alyansa qoşulmaq üçün əngəl törədə bilər.


AzVision.az



Teqlər:





Xəbər lenti