Ukraynada daha 3 İran istehsalı dron məhv edilib

Ukraynada daha 3 İran istehsalı dron məhv edilib
  08 Oktyabr 2022    Oxunub:990
Ukrayna Silahlı Qüvvələri ölkənin cənubunda Odessa və Nikolayev vilayətlərinə hücum edən Rusiyaya məxsus İran istehsalı 3 “Shahed-136” kamikadze dronlarını zərərsizləşdirib.
AzVision.az UNIAN-a istinadən xəbər verir ki, bu barədə “Cənub” hava komandanlığının ictimaiyyətlə əlaqələr xidməti məlumat yayıb. Xatırladaq ki, “The Washington Post” nəşri artıq avqust ayında Rusiyanın İrandan dronların ilk partiyasını aldığını yazmışdı. Sentyabrda Ukrayna Hərbi Hava Qüvvələrinin sözçüsü Yuri İqnat rusiyalıların Ukraynaya qarşı müharibədə artıq İran pilotsuz uçuş aparatlarından istifadə etdiyini təsdiqləyib.



AzVision.az



Teqlər:



Xəbər lenti