Krım körpüsü yanır - VİDEO

   Krım körpüsü yanır -    VİDEO
  08 Oktyabr 2022    Oxunub:1739
Krım körpüsündə yanacaq çəni yanıb, oradakı nəqliyyatın hərəkəti dayandırılıb.
Krımın fövqəladə hallar xidmətinin məlumatına görə, körpüdə qatarların hərəkəti də dayandırılıb. Ukrayna Prezident Ofisinin rəhbərinin müşaviri Mixaylo Podolyak tviterdə bildirib ki, qanunsuz olan bütün obyeklər məhv edilməlidir: “Oğurlanan hər şey Ukraynaya qaytarılmalıdır”.



Qeyd edək ki, Krım körpüsü Rusiyanın ən uzun körpüsüdür, uzunluğu 19 kilometrdir. Körpü Rusiya ilə Ukraynanın işğal altındakı Krım yarımadasını birləşdirir. Avtomobil hissəsi 2018-ci ilin may ayında istismara verilib. 2019-cu ilin dekabrında isə onun dəmir yolu hissəsi ilə ilk qatarlar hərəkət etməyə başlayıb.



AzVision.az



Teqlər:



Xəbər lenti