Krım körpüsü partladılıb: Putin xüsusi komissiya yaratdı

      Krım körpüsü partladılıb:    Putin xüsusi komissiya yaratdı
  08 Oktyabr 2022    Oxunub:1551
Rusiya Prezidenti Vladimir Putin Krım körpüsünün partladılmasını araşdırmaq üçün hökumət komissiyasının yaradılması barədə göstəriş verib.
Bunu Rusiya dövlət başçısının sözçüsü Dmitri Peskov deyib. O qeyd edib ki, V.Putin hadisə ilə bağlı Rusiyanın Baş naziri Mixail Mişustinlə yanaşı, Fövqəladə Hallar və Nəqliyyat nazirliklərinin, hüquq-mühafizə orqanlarının hesabatlarını dinləyib.

Qeyd edək ki, Krım körpüsündə yük maşınının partladılması nəticəsində yanacaq daşıyan qatarın yeddi çənində yanğın baş verib. Hadisə bu gün Kiyev vaxtı ilə səhər saat 06:07-də RusiyanınTamansk yarımadasını Krımla birləşdirən körpüdə baş verib. Nəticədə Krıma doğru hərəkət edən qatarın yeddi yanacaq çəni alışıb. Həmçinin körpünün bir hissəsi dağılıb. Xəsarət alan olmayıb.

Hazırda partlayışın başvermə şəraiti araşdırılır və onun nəticələrinin aradan qaldırılması üzrə tədbirlər görülür.
AzVision.az



Teqlər:



Xəbər lenti