Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən
AzVision.az -a bildirilib ki, sessiyada AŞPA-nın Büro və Daimi komitələrinin işi haqqında hesabat dinləniləcək, Qərbi Balkan ölkələri üçün Avropa perspektivinin dəstəklənməsi, Avropa Şurasına üzv dövlətlərin Şengen informasiya sistemindən siyasi motivli sanksiya kimi sui-istifadə etməsi, Türkiyə, Macarıstan, Rumıniya tərəfindən öhdəliklərin yerinə yetirilməsi, miqrasiyanın tənzimlənməsi, idman dünyasında qadınlara qarşı ayrı-seçkiliyə son qoyulması, əmək hüquqlarına yenidən baxılması, peyvənd ayrı-seçkiliyinin qarşısının alınması və digər məsələlərə baxılacaq.
Parlament nümayəndə heyətinin üzvləri sessiyada müzakirəyə çıxarılacaq məsələlərlə bağlı fikirlərini açıqlayacaq, qeyd və təkliflərini bildirəcəklər. Səfər oktyabrın 16-da başa çatacaq.
AzVision.az