FAO: “Ərzaq məhsulları 6 aydır ki, ucuzlaşır”

       FAO:    “Ərzaq məhsulları 6 aydır ki, ucuzlaşır”
  08 Oktyabr 2022    Oxunub:627
Dünyada ərzaq məhsullarının qiymətləri martda rekord həddə çatdıqdan sonra ardıcıl 6 aydır ki, azalır.
Bu barədə BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) hesabatında deyilir. Hesabatda bitki yağının qiymətinin bir ay ərzində 6,6 % azalaraq 2021-ci ilin fevralından bəri ən aşağı səviyyəyə düşdüyü qeyd olunub. Buna səbəb Argentinadan soya yağı ixracının, həmçinin Qara dəniz regionundan günəbaxan yağının tədarükünün artmasıdır.

Bir ay ərzində süd məhsullarının qiyməti 0,6 %, ətin qiyməti 0,5 %, şəkərin qiyməti isə 0,7 % azalıb.

AzVision.az



Teqlər:



Xəbər lenti