Dünyanın ən nadir çəhrayı brilyantı 57 milyon dollara satılıb

Dünyanın ən nadir çəhrayı brilyantı 57 milyon dollara satılıb
  08 Oktyabr 2022    Oxunub:1180
Dünyanın ən nadir çəhrayı brilyantlarından biri kimi "Williamson Pink Star" ötən gün Honq Konqda hərraca çıxarılıb.
AzVision.az xəbər verir ki, qüsursuz olduğu bildirilən 11,15 karatlıq brilyant 20 dəqiqə davam edən hərracda 57 milyon dollara satılıb.

Brilyant kraliça II Elizabetə toy hədiyyəsi olaraq verilən başqa bir çəhrayı brilyantın adını daşıyır. Mütəxəssislər onun satış qiymətinin 22 milyon dollar olacağını proqnozlaşdırmışdılar.



AzVision.az



Teqlər:



Xəbər lenti