Zelenski Rusiya və onun təcavüzündən qorunmağın 5 üsulunu açıqlayıb

   Zelenski Rusiya və onun təcavüzündən qorunmağın 5 üsulunu açıqlayıb
  08 Oktyabr 2022    Oxunub:1335
Ukrayna prezidenti Volodimir Zelenski Rusiya və onun təcavüzündən qorunmağın beş müdafiə üsulunu açıqlayıb.
AzVision.az xəbər verir ki, Zelenski bu barədə Monteneqro Təhlükəsizlik Forumunda çıxışı zamanı deyib.

“Rusiyanın dövlətimizə qarşı müharibəsinin elementlərini və təcavüzkarın konkret addımlarını təhlil edərək, təhlükəsizlik naminə müdafiənin hansı forma və üsullarına ehtiyacımız olduğu barədə nəticəyə gələ bilərik”, - prezident bildirib.

Zelenski müdafiənin birinci formasın birliyi, ikinci formanı isə demokratiya hesab edir:

"Rusiya bizim birliyimizdən qorxur. Ona görə də onu pozmaq üçün çox şey edir. Amma biz yalnız birliyimizi gücləndiririk. Rusiyanın indiki liderləri seçkilərin və xalq hərəkatlarının nəticələrinə görə təsirlərini itirdikdə onları tanımırlar. Onlar öz maraqlarını təmsil edəcək bir növ marionet seçərkən çevrilişlər etməyə və ya siyasi prosesləri korlamağa çalışırlar.

Onun sözlərinə görə, bütün Avropa dövlətləri Rusiyanın istənilən təsir şəbəkələrini sıradan çıxarmalıdır ki, dezinformasiya, korrupsiya və kriminal siyasət yayılmasın.

"Üçüncü metod müstəqillikdir. Biz Avropada və dünyada bütün səviyyələrdə etiraf etməliyik: Rusiya təkcə bir nəfəri deyil, hamını təhdid edir. Ona görə də hamı Rusiyadan tam müstəqilliyə nail olmalıdır ki, ondan asılılığı - iqtisadi asılılıq, enerji, siyasi - hər hansı biri qandallara çevrilməsin: ”, - deyə dövlət başçısı bildirib.

O, silahları dördüncü üsul adlandıraraq qeyd edib ki, bu müharibə başa çatdıqdan sonra həm Ukraynanı, həm də Avropanı elə həcmdə silahla təmin etmək lazımdır ki, Rusiyanın dünyanın dağıtmaq arzusu bir daha olmasın.

"Beşinci məqam isə məsuliyyətdir. Uzun illər Rusiya lideri və onun ətrafı etdiklərinə görə cəzalandırılmır. Onlar fevralın 24-də Ukraynaya genişmiqyaslı işğalı həyata keçirdilər. Çünki onlar inanmırlar ki, dünya onları təkcə suveren dövlətə qarşı təcavüz cinayətinə görə deyil, ağla gələn hər hansı cinayətə görə məsuliyyətə cəlb etsin”, - prezident əlavə edib.

Onun fikrincə, Rusiya prezidentini və onun ətrafını məsuliyyətə cəlb etmək bu müharibədən sonra uzunmüddətli sülhün təminatı deməkdir.

AzVision.az



Teqlər:



Xəbər lenti