Rusiya Ukraynada keçirdiyi xüsusi əməliyyata komandir təyin edib

   Rusiya Ukraynada keçirdiyi xüsusi əməliyyata komandir təyin edib
  08 Oktyabr 2022    Oxunub:931
Rusiya Ukraynada keçirilən xüsusi əməliyyata komandir təyin edib.
AzVision.az Rusiya mətbuatına istinadən xəbər verir ki, müdafiə naziri Sergey Şoyqu general Sergey Surovikini bu vəzifəyə təyin edib.

Qeyd edək ki, Ukrayna ərazisində başlayan genişmiqyaslı müharibəfən bəri ilk dəfə olaraq Rusiya Müdafiə Nazirliyi belə bir mövqe tutub.

55 yaşlı Surovikin Novosibirskdəndir. 2013-cü ilin oktyabrından 2017-ci ilin oktyabrına qədər - Şərq Hərbi Dairəsinin komandanı, 31 oktyabr 2017-ci ildən - Rusiya Aerokosmik Qüvvələrinin Baş Komandanı olub.

Surovikin Tacikistandakı silahlı münaqişənin, ikinci Çeçen müharibəsinin, Rusiyanın Suriyaya qarşı müharibəsinin iştirakçısı olub.

AzVision.az


Teqlər:





Xəbər lenti