Krım körpüsündə hərəkət bərpa edilib

Krım körpüsündə hərəkət bərpa edilib
  08 Oktyabr 2022    Oxunub:1469
Krım körpüsündə avtomobillərin və avtobusların hərəkəti bərpa olunub.
AzVision.az Rusiya KİV-ə istinadən xəbər verir ki, bunu yarımadanın rəhbəri Sergey Aksenov bildirib.

O deyib ki, hazırda nəqliyyat vasitələri prosedur yoxlamalardan keçərək körpüdə hərəkət edə bilərlər.

Xatırladaq ki, bu gün Krım körpüsü partladılıb. Nəticədə 3 nəfər ölüb.

AzVision.az



Teqlər: Rusiya   Krım  



Xəbər lenti