Ermənistana etibar yoxdur- Korotçenko
Ekspertin fikrincə, Ermənistan Qərbə tərəf yönəlməyə çalışır: “Bir müddətdir ki, Ermənistanın davamlı şəkildə Qərbə yönəlməsinin şahidi oluruq. Hazırda Ermənistanın Baş naziri Nikol Paşinyan Avropa İttifaqı, Fransa və ABŞ-ı Cənubi Qafqaz regionundakı proseslərə cəlb etməyə çalışır”.
“Rusiyanın siyasi dairələrində Avropa İttifaqının (Aİ) mülki missiyasının Azərbaycan və Ermənistan sərhədində fəaliyyət göstərməsi ilə bağlı razılaşmanın əldə olunması İrəvanın Moskva qarşısında müttəfiqlik və tərəfdaşlıq öhdəliklərindən uzaqlaşması kimi qiymətləndirilir. Bu, Ermənistanın Rusiyaya növbəti xəyanətidir”, - o bildirib.
Politoloq Azərbaycan diplomatiyasının və şəxsən Azərbaycan Prezidenti İlham Əliyevin aydın, ardıcıl siyasətini qeyd edib: “Bununla Azərbaycan Paşinyanın qərarından mümkün qədər uzaqlaşıb. Bu, yekun sənəddə də öz əksini tapıb”.
AzVision.az
Teqlər: Korotçenko Ermənistan







Vaxtında, Aydın, Lazımlı!


