Avstriya prezident seçir

   Avstriya prezident seçir
  09 Oktyabr 2022    Oxunub:1101
Avstriyada prezident seçkiləri keçirilir. AzVision.az xəbər verir ki, yerli vaxtla saat 07:00-da ilk seçki məntəqələri açılıb. Seçicilər 7 namizəddən birini seçməli olacaqlar, sorğulara görə, hazırkı dövlət başçısı Aleksander Van der Bellen səs çoxluğu qazana bilər.
İlk turda qalib gəlmək üçün 50%-dən çox səs toplamaq lazımdır. Avstriyalı müşahidəçilərin fikrincə, Van der Bellen belə nəticəyə arxalana bilər. Rəy sorğularına görə, onun reytinqi 51-59% arasında dəyişir.

Avstriyada 6,4 milyondan çox insan səsvermə hüququna malikdir.

Şahanə Rəhimli


Teqlər:



Xəbər lenti