“Sarsılmaz qardaşlıq” təlimi ləğv olundu

   “Sarsılmaz qardaşlıq” təlimi ləğv olundu
  09 Oktyabr 2022    Oxunub:887
Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) 10-14 oktyabr tarixlərində Qırğızıstanda keçirilməsi planlaşdırılan “Sarsılmaz Qardaşlıq – 2022” komanda-qərargah təlimi ləğv olunub.
AzVision.az xəbər verir ki, bu barədə Qırğızıstan Müdafiə Nazirliyi məlumat yayıb. Təlimlər oktyabrın 10-dan 14-dək Edelveys poliqonunda keçirilməli idi. Təlimlərin ləğv edilmə səbəbi açıqlanmayıb.

Qeyd edək ki, təlimlərə 6,5 mindən çox şəxs, 850-dən çox hərbi və xüsusi texnika, o cümlədən təyyarələr, helikopter, PUA-lar cəlb olunacaqdı. Bundan əlavə, təlimdə Belarus, Ermənistan, Qazaxıstan, Qırğızıstan, Rusiya və Tacikistanın sülhməramlı kontingentinin iştirakı nəzərdə tutulurdu.

Xatırladaq ki, 2012-ci ildən bəri KTMT-nin sülhməramlı qüvvələri ilə “Sarsılmaz Qardaşlıq” təlimləri keçirilir.

AzVision.az


Teqlər:



Xəbər lenti