Putin Rusiya Təhlükəsizlik Şurasını toplayır

   Putin Rusiya Təhlükəsizlik Şurasını toplayır
  09 Oktyabr 2022    Oxunub:979
Rusiya prezidenti Vladimir Putin bazar ertəsi Təhlükəsizlik Şurasının üzvləri ilə görüş keçirəcək. Bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.
"Təhlükəsizlik Şurası sabaha təyin edilib. Prezident çıxışından sonra mövzulara diqqət yetirəcəyik",- Peskov Təhlükəsizlik Şurasının iclasının nə vaxt baş tutacağı və Krım körpüsü ətrafındakı vəziyyətə təsir edib-etməyəcəyi sualını cavablandırarkən deyib.

Qeyd edək ki, oktyabrın 8-də Krım körpüsü partladılıb. Nəticədə 3 nəfər ölüb.

Şahanə Rəhimli
AzVision.az


Teqlər:



Xəbər lenti