Göyərçinlər gəzərkən başlarını niyə yırğalayırlar? - Maraqlı

   Göyərçinlər gəzərkən başlarını niyə yırğalayırlar? -    Maraqlı
  09 Oktyabr 2022    Oxunub:2347
Şübhəsiz ki, bir çoxlarınız göyərçinlərin gəzinti zamanı başlarını yırğalayaraq hərəkət etdiyini görmüsünüz. Bu qəribəliyin kifayət qədər sadə izahı var.
Göyərçinlər, əslində, görmə xüsusiyyətlərinə görə yeriyərkən yırğalayırlar. Quşlar qaranlıqda yaxşı görmürlər və gözləri də digər şeyləri fərq etmədən yalnız müəyyən bir anda lazım olan məlumatları seçir. Görüntünü dəiqləşdirmək üçün başı tərpətmək lazımdır.

Gəzməyə başlayan göyərçin qəfil başını irəli aparır və bədənin qalan hissəsi ona yaxınlaşana qədər bir neçə dəqiqə hərəkətsiz qalır.

Bu anda quş onu maraqlandıran obyektin və ya obyektin təfərrüatlarını görə bilir.

Bunu göyərçinlərə xüsusi hazırlanmış qaçış yollarında yeriməyi öyrədən alimlər elmi şəkildə təsdiqləyiblər.

Quşların hərəkət sürəti yolun sürətinə bərabərləşdiyi bir vaxtda göyərçinlər başlarını tərpətməkdən əl çəkiblər. Onları əhatə edən cisimlərə nisbətən yerdəyişmə sıfıra bərabər olduğundan quşların başını tərpətməsinə ehtiyac qalmır.

Şahanə Rəhimli
AzVision.az


Teqlər:



Xəbər lenti