"Fransadakı erməni diasporu münasibətlərin normallaşmaına qarşıdır" - Çavuşoğlu

   "Fransadakı erməni diasporu münasibətlərin normallaşmaına qarşıdır" -    Çavuşoğlu
  09 Oktyabr 2022    Oxunub:1037
Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu bildirib ki, Fransadakı erməni diasporunun bir hissəsi Ermənistanın Türkiyə və Azərbaycanla münasibətlərinin normallaşması prosesinə qarşıdır.
“Anadolu” agentliyi xəbər verir ki, o, bunu Strasburqda türk icmasının nümayəndələri ilə görüşündə deyib.

Türkiyəli nazir qeyd edib ki, bəzi diasporlar yaxşı münasibətlərin qurulmasına qarşıdırlar və düşmənçiliklərini davam etdirirlər.

Nazir Fransada yaşayan soydaşlarını bu cür hallarla mübarizə aparmağa çağırıb.

Şahanə Rəhimli
AzVision.az


Teqlər:



Xəbər lenti