Slavyansk vuruldu: 4 ölü, 2 yaralı

Slavyansk vuruldu:    4 ölü, 2 yaralı
  10 Oktyabr 2022    Oxunub:1144
Rusiya ordusu gecə saatlarında Ukraynanın Slavyansk şəhərinin mərkəzini atəşə tutub. 4 nəfər həlak olub, iki nəfər yaralanıb.
AzVision.az xəbər verir ki, bu barədə Slavyank şəhər hərbi-mülki administrasiyasının rəhbəri Vadim Lyax məlumat yayıb.

Kiyevdə güclü partlayış: 8 nəfər ölüb - YENİLƏNİB
"Gecə şəhərin mərkəzi hissəsi yenidən atəşə tutulub. Botaniçeskaya küçəsindəki fərdi evlərə ziyan dəyib. Onlardan birində ailə yaşayırdı. Zərbə birbaşa bura endirilib. Üç nəfər həlak olub, 12 yaşlı uşağı isə partlayış dağlası tutub. O, sağ qalıb cə yaralıdır. İndi uşaq klinik xəstəxanadadır. Ümumilikdə hücum nəticəsində dörd ölü, iki yaralı var" - Lyax sosial şəbəkə hesabında yazıb.

Tural Tağıyev
AzVision.az



Teqlər:   Ukrayna   Rusiya  



Xəbər lenti