Zelenskinin ofisinin yanına raket düşüb

   Zelenskinin ofisinin yanına raket düşüb
  10 Oktyabr 2022    Oxunub:917
Xəbər verdiyimiz kimi, səhər saatlarında Kiyevdə partlayışlar baş verib. Raketlərdən biri Ukrayna Təhlükəsizlik Xidmətinin ofisi və Ukrayna Prezidentinin ofisinin yaxınlığına düşüb.
Ukrayna daxili işlər nazirinin müşaviri Anton Geraşenko faktı təsdiqləyib. Kiyevin meri Vitali Kliçko isə qeyd edib ki, artıq mərkəzi küçələr bağlanıb, xilasedicilər hadisə yerində işləyirlər. O, sakinləri sığınacaqları tərk etməməyə çağırıb. “Rusiya terrorçuları paytaxta hücum ediblər" , - Kliçko deyib.

Tural Tağıyev
AzVision.az



Teqlər: Ukrayna  



Xəbər lenti