Lakin Müdafiə Nazirliyindən etirazçılara cavab veriblər ki, son sərhəd toqquşmasından sonra rəsmi Bakı heç kimi Azərbaycanın nəzarət etdiyi yeni ərazilərə yaxınlaşmağa imkan vermir.
"Sentyabrın 16-dan Azərbaycan tərəfi onların nəzarətində olan əraziyə, Sünikdə Xend kəndinin yuxarı hissəsinə girişə icazə vermir. Uşaq sentyabrın 15-də zəng edib dostuna hansı ərazidə. tuneldə olduğunu izah edib. Amma biz heç bir tədbir görə bilmirik. Hərbi hissənin komanda heyəti isə bu məsələdə təkbaşına çalışır. Bizimkilər əraziyə girmək istəyirlər, amma Azərbaycan hələlik buna icazə vermir. Uşaq sağdır, müxtəlif nahiyələrdən yaralanıb. Biz bilirik ki, o bir neçə əsgərlə meşədə qalıb”, - qohumlardan biri deyib.
Xatırladaq ki, sentyabrın 12-də gecə saatlarında Ermənistan silahlı qüvvələrinin bölmələri Azərbaycan-Ermənistan dövlət sərhədinin Daşkəsən, Kəlbəcər və Laçın istiqamətlərində genişmiqyaslı təxribat törətdilər. Nəticədə iki yüzdən çox erməni əsgərin öldürüldüyü deyilir.
Tural Tağıyev
AzVision.az